
İsmayıllı yaxınlığında 3,1 maqnitudalı zəlzələ baş verib
2025-ci il aprelin 16-da İsmayıllı rayonu ərazisində zəif maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 22:56-da baş verən yeraltı təkanların episentri İsmayıllı stansiyasından təxminən 19 km şimalda yerləşib. Zəlzələnin maqnitudası 3,1 bal, ocağı isə 9 kilometr dərinlikdə olub.
Yeraltı təkanlar insanlar tərəfindən hiss edilməyib.