
Bakıda ailə faciəsi: ər həyat yoldaşını qətlə yetirib, sonra intihar edib
2025-ci il aprelin 16-da Bakının Yasamal rayonunda ağır ailə faciəsi baş verib.
İlkin məlumatlara görə, 1987-ci il təvəllüdlü Bürhan Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1992-ci il təvəllüdlü Xumar Məmmədovanı qətlə yetirib. Daha sonra o, intihar məqsədi ilə çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən özünü atıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.